İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev finlandiyalı həmkarı Aleksandr Stubba təbrik məktubu göndərib.
1news.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Finlandiya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi və Sizinlə keçirdiyimiz görüşü xoş təəssüratlarla xatırlayıram.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".