COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO

Qafar Ağayev15:35 - Bu gün
COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO

11-22 noyabr tarixlərində keçirilən COP29 tədbirinin və ümumilikdə Bakı şəhəri başda olmaqla ölkənin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün “Azərenerji” ASC üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib.

1news.az xəbər verir ki, bu barədə “Azərenerji” məlumat yayıb.

Belə ki, müvafiq dövlət qurumları ilə birgə 24 saat fasiləsiz olaraq strateji əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətləri, qovşaq yarımstansiyaları, o cümlədən istehsal mənbəyi olan elektrik stansiyalarının fiziki təhlükəsizliyi tam təmin edilib və texniki personal, xüsusi təyinatlı briqada və səyyar diaqnostika avadanlıqları gecə-gündüz iş başında olub. Eyni zamanda paytaxt və ətraf ərazilərdə yerləşən 37 qovşaq yarımstansiyası, 129 ötürmə xətti və 6 elektrik stansiyası daim təftiş olunub. SCADA sistemi başda olmaqla bütün enerjisistemin proqram təminatı və rəqəmsal idarəetməsi üçün kiber təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilib. Nəticədə, tədbir müddətində baş verə biləcək təhlükələr anında aradan qaldırılıb və heç bir qəza açılması yaşanmayıb.

Paralel olaraq “AzərEnerji” COP29 tədbirində yaxından təmsil olunub. Belə ki, “mavi zona”da “AzərEnerji” rəhbərliyi müxtəlif tədbirlərdə iştirak edib. “Yaşıl zona”da isə “AzərEnerji” tərəfindən gələcəyin enerjisistemi, karbon sertfikatı, “yaşıl enerji” zonası, dekarbonizasiya, elektroenergetikanın modernizasiyası, data analitika, “yaşıl enerji” xabı və başqa mövzularda dünyanın aparıcı enerji şirkətlərinin iştirakıyla ümumilikdə 18 tədbir, memorandum imzalanması, təqdimat və görüşlər keçirilib.

COP29 tədbiri müddətində “AzərEnerji” ilə “Azərişıq” ASC-lərin “yaşıl zona”da yerləşən pavilyonunu 10 minədək qonaq ziyarət edib ki, onların arasında nüfuzlu şəxslər, xarici qonaqlar üstünlük təşkil edib.

Paylaş:
46

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər