Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək

Qafar Ağayev12:50 - 22 / 11 / 2024
Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək

Özbəkistanda keçirilən “İpək Yolu üzərində turizm” mövzusuna həsr olunan “Daşkənd Beynəlxalq Turizm Sərgisi” çərçivəsində Avrasiya Dağ Kurortları Alyansı nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

1news.az xəbər verir, tədbirdə Alyansın fəaliyyəti dövründə üzv dövlətlərlə əməkdaşlıq əlaqələrinin inkişafı, iş birliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən işlər və yeniliklər müzakirə olunub.

Tədbir çərçivəsində Alyans üzvlərinə və tədbir iştirakçılarına “Şahdağ” Turizm Mərkəzinin kommersiya direktoru İqor Şaulov tərəfindən kompleksin qış turizm imkanları, yeni layihələr, keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat təqdim edilib.

Tədbir zamanı növbəti Avrasiya Dağ Kurortları Festivalının təşkili “Şahdağ” Turizm Mərkəzinə ötürülüb və tədbirin 2025-ci ilin mart ayında keçirilməsi qərara alınıb.

Qeyd edək ki, bundan öncəki Avrasiya Dağ Kurortları Festivalı Rusiyanın Soçi şəhərində baş tutub. Tədbirdə 9 ölkənin kurort sənayesinin və tərəfdaş şirkətlərin 150 nümayəndəsi iştirak edib.

Şahdağ Turizm Mərkəzinin də üzv olduğu Avrasiya Dağ Kurortları Alyansı hazırda Özbəkistanın Amirsoy, Qazaxıstanın Şımbulak və Oy Qaraqay, Rusiyanın Roza Xutor və Cənubi Koreyanın Mono Yong Pyon dağ kurortlarını özündə birləşdirir.

Paylaş:
101

Son xəbərlər

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32
Bütün xəbərlər