Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır
Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR Türkiyədəki təbii qaz paylama biznesini satmaq üçün danışıqlar aparır.
1news.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
“”SOCAR Turkey Doğalgaz Yatırım A.Ş.“nin satışı üçün danışıqlara yeni başladıq”, – deyə yerli qaz şəbəkəsi operatorları olan “Bursagaz” və “Kayserigaz”ın sahibi SOCAR-ın nümayəndəsi Bloomberg-ə bildirib.
Agentlik qeyd edir ki, hüquqi proseslərin davam etməsi səbəbindən daha ətraflı məlumat verməkdən imtina ediblər.
119