AYNA: COP29-un 9 günü ərzində 378 minə yaxın sərnişin daşınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AYNA: COP29-un 9 günü ərzində 378 minə yaxın sərnişin daşınıb

Qafar Ağayev16:33 - 20 / 11 / 2024
AYNA: COP29-un 9 günü ərzində 378 minə yaxın sərnişin daşınıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı tədbir üçün xüsusi təşkil olunmuş 18 nəqliyyat mübadilə mərkəzindən ötən gün 45 570 sərnişin daşınıb.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirlib ki, sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir. COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınması COP29 Azərbaycan Əməliyyat Şirkəti, DİN və AYNA tərəfindən birgə təmin edilir.

COP29-un keçirildiyi 9 gün ərzində daşımalar beynəlxalq meyarlara uyğun ən yüksək səviyyədə təşkil edilib və ümumilikdə 378 minə yaxın sərnişinə xidmət göstərilib.

Paylaş:
157

Son xəbərlər

Bütün xəbərlər