Nigar Məmmədova: “COP29 həm də iqlim təhsili ilə bağlı ölkələrin öhdəliklərini təmin etmək üçün effektiv platformadır” - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nigar Məmmədova: “COP29 həm də iqlim təhsili ilə bağlı ölkələrin öhdəliklərini təmin etmək üçün effektiv platformadır” - FOTO

17:39 - 19 / 11 / 2024
Nigar Məmmədova: “COP29 həm də iqlim təhsili ilə bağlı ölkələrin öhdəliklərini təmin etmək üçün effektiv platformadır” - FOTO

"Bu gün olduqca aktual mövzular ətrafında müzakirə aparıldı.

Burada iqlim fəaliyyətilə bağlı peşəkarların bir-birindən maraqlı təklif və tövsiyələrini dinlədik. COP29 həm də iqlim təhsili ilə bağlı ölkələrin öhdəliklərini təmin etmək üçün effektiv platformadır".

1news.az xəbər verir ki, bu sözləri iqlim dəyişikliyi ilə bağli maarifləndirmə: gənclərin və pedaqoqların rolu adlı tədbirdə çıxışı zamanı deputat Nigar Məmmədova deyib.

"Həqiqətən də iqlim dəyişikliyi üzrə təhsil insanlara iqlim böhranının təsirlərini anlamağa və həll etməyə kömək edir.

Dəyərli çıxışçıların fikirlərini dəstəkləyərək, söyləmək istəyirəm ki, iqlim təhsili fərdləri dəyişiklik agentləri kimi çıxış etmək üçün lazım olan bilik, bacarıq, dəyərlər və münasibətlə gücləndirir.

Mənim də mövqeyim bundan ibarətdir ki, hər bir şagirdin iqlimə hazır olmasında təhsil mühüm rol oynayır. Eyni zamanda iqlim dəyişikliyinin təhsil hüququna təsiri aradan qaldırılmalıdır.

İqlim dəyişikliyinə diqqəti yönəldən, ədalətsizliyi aradan qaldıran effektiv proqramlar işlənib hazırlanmalıdır.

Təhsilin yaşıllaşdırılması ilə bağlı siyasi öhdəliyi səfərbər etmək və gücləndirmək vacibdir.

Burada da qeyd olunduğu kimi, gənclər bu prosesdə aparıcı rola malikdirlər. Təhsil müəssisələrinin, kurrikulumların, pedaqoqların imkanlarının yaşıllaşdırılması üzrə fəaliyyət dairəsi genişlənməlidir.

İqlim fəaliyyətinə yönəlmiş xüsusi könüllü proqramları bu prosesdə olduqca yaxşı nəticələr verir. Könüllülərinin iqlimlə mübarizədə və dayanıqlığın yaradılmasında rolu əvəzsizdir.

Könüllülər və könüllülük təşkilatlarının iqlimlə bağlı təhsil, təlim və təbliğat fəaliyyətlərində iştirakı effektiv nəticələr verə bilər. Onlar fərdlərin iqlim dəyişikliyinə uyğunlaşmaq və davamlılıq yaratmaq üçün maarifləndirilməsini təmin edə bilərlər. Hesab edirəm ki, iqlim dəyişikliyinin yerdəyişməsinin təhsil hüququna təsiri dərindən araşdırılmalı, adekvat addımlar atılmalıdır. Gənclər təkcə benefisiarlar deyil, həm də aktiv iştirakçılardır. Onların yaşıllaşdırma təhsilində iştirakı vacibdir. Gənclərin perspektivi iqlim təşəbbüslərinin ayrılmaz hissəsi olmalıdır. Gənclər öz həmyaşıdlarını və pedaqoqları davamlı təcrübələri mənimsəməyə ruhlandırırlar. Bu prosesdə pedaqoqların iqlim dəyişikliyinin təsirlərini mənimsəməsi və effektiv şəkildə izah etməsi olduqca vacibdir. COP 29 Prezidentliyinin təşkil etdiyi İqlim Dəyişikliyi Yay Düşərgəsi yaxşı nümunədir.

Belə ki, 35 ölkədən 75 pedaqoq bir araya gələrək Bakıda gənc müəllimlər silsilə təlimlərə cəlb olundu. Əminəm ki, bu təlimlərdə əldə olunan biliklər sonradan təhsil müəssisələrində effektiv tələbə-müəllim dialoqu ilə əvəz olunmalıdır.

Əziz dostlar, iqlim Fəaliyyəti bizim üçün seçim deyil, bu, bizim məsuliyyətimizdir. Özü də burada söhbət kollektiv mənəvi məsuliyyətdən gedir. Hər kəsə qlobal istiləşməyə qalib gəlməyi öyrətməyin vaxtıdır. Pedaqoqlarımıza iqlim biliklərini gənclərimizə düzgün aşılamağı tövsiyə edirik. Gənclərimizin planetimizin vətəndaşı ruhunda tərbiyə olunması, gələcək nəsillərə planetimizin qorunmasi naminə iqlim fəaliyyətində aktiv iştirakının təbliği məhz müəllimlərin üzərinə düşən əsas missiyalardan biridir. Yaşıl tələbə-müəllim dialoqu sağlam gələcəyimizin təminatına çevriləcək.

Əziz dostlar, əminəm ki, hər biriniz COP29-dan konkret nəticələrlə ayrılacaqsınız. Biz Planetimizi birlikdə xilas edəcəyik!"

Paylaş:
173

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər