IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb

Qafar Ağayev17:33 - 19 / 11 / 2024
IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb

Noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi arasında niyyət protokolunun imzalanma mərasimi keçirilib.

1news.az xəbər verir ki, protokol IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva və ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki tərəfindən imzalanıb.

Niyyət protokolunun məqsədi iqlim dəyişmələri ilə mübarizə sahəsində ICESCO ilə IDEA arasında iki tərəfli əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin qorunmasına yönələn tədbirlərdə birgə iştirak və hər iki təşkilatın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edən digər müvafiq fəaliyyətlərin müştərək icrasından ibarətdir.

Hər iki təşkilat ICESCO-ya üzv dövlətlərdə ətraf mühitin mühafizəsi, torpağın deqradasiyasının qarşısının alınması, qida və su təhlükəsizliyinin təmin olunması, məlumatlandırma işlərinin aparılması, birgə tədqiqat işləri və pilot layihələrin həyata keçirilməsi, gənclərin və könüllülərin iştirakçılığının artırılması, mübadilə proqramlarının icrası, eləcə də bilik və ən yaxşı təcrübələrin paylaşılması istiqamətində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəldilər.

Görüş iştirakçıları IDEA ilə ICESCO arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə inandıqlarını bildirərək birgə fəaliyyətlərin genişləndirilməsinin İslam dünyası ölkələrində iqlim dayanıqlığının təmin olunması naminə həmrəyliyin möhkəmləndirilməsi və daha səmərəli birgə layihələrin icra olunmasına mühüm töhfə verəcəyini qeyd etdilər.

Paylaş:
91

Son xəbərlər

Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıbBu gün, 13:21COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər