“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEO

Qafar Ağayev10:06 - 26 / 04 / 2024
“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən "Dalğa-2024" birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.

1news.az xəbər verir ki, təlimdə dənizdə şərti platformada baş vermiş qəzanın aradan qaldırılması məqsədilə gəmilər dislokasiya məntəqəsini tərk edib, birgə komanda məntəqəsində vertolyot, gəmi və katerlərlə tapşırıq üzrə uzlaşma aparılıb, qəza rayonuna lazımi köməkliyin göstərilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Həmçinin baş vermiş yanğının lokallaşdırılması, axtarış-xilasetmə əməliyyatlarının və platformanın sualtı hissəsində dalğıc baxışının keçirilməsi, qəza növbətçiliyinin təşkili, eləcə də digər fəaliyyətlər icra olunub.

Birgə taktiki təlimdə HDQ və FHN gəmi və şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Paylaş:
140

Son xəbərlər

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedirBu gün, 15:27Bakıda mənzildə meyit tapılıbBu gün, 15:16Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - PrezidentBu gün, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidirBu gün, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcəkBu gün, 14:44Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 1Bu gün, 14:24Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblarBu gün, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıbBu gün, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilibBu gün, 13:42Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdürBu gün, 13:25ASAP tərəfindən Almaniyada Heydər Əliyevin doğum gününə həsr olunmuş gənclər konfransı keçirilibBu gün, 13:12Xalq rəssamları Natavanın Parisdəki heykəlinin bərpasına görə Prezidentə təşəkkür etdilər: “Bu, bizi sevindirdi”Bu gün, 13:10Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcəkBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:53Qızıl və gümüşün qiyməti daha da artıbBu gün, 12:43Ekoloji avtomobillərin yürüş-festivalı keçiriləcəkBu gün, 12:37İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİBBu gün, 12:06Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOBu gün, 11:44Saatlıda marixuana qəbul edib taksi sürən şəxs saxlanılıbBu gün, 11:19
Bütün xəbərlər