“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO

13:08 - 26 / 04 / 2024
“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO

"SABAH.HUB İnnovasiya Mərkəzi çərçivəsində yer alan, və startap ideyaların reallaşmasına dəstək olan “SABAH.incubation” tərəfindən iki günlük "Green Hackathon" tədbiri həyata keçirilmişdir.

100-dən artıq şəxsin iştirakı ilə keçirilmiş tədbirdə “Dünyanı daha yaşıl və sağlam etmək” startap ideyalarını təqdim etmək məqsədi ilə yenilikçi gənclər, münsiflər qismində SABAH.HUB İnnovasiya Mərkəzi və partnyorların nümayəndələri çıxış etmişdir.

İlk gün, iştirakçılara çıxış mərasimi, "Kick-off" sessiyası, "Green" ideya formalaşdırılması və "Green" ideya problemlərinin həlli üçün sessiyalarında aktiv iştirak etdilər.

Hackathon prinsipinə uyğun olaraq, iştirakçılar 2 gün ərzində mentorlar və “SABAH.HUB” nümayəndələrin köməyi ilə təqdimatlara hazırlaşdılar.

Tədbirin ikinci günü formalaşmış 20-dən artıq komandalar biznes təqdimatlarını jüri qarşısında təqdim etdilər. Yarış sonunda, aşağıdakı komandalar qalib gələrək investisiya mükafatlarına layiq görülmüşdür:

• 1-ci yer - Ecoffin by Codage – 5.000 AZN dəyərində;

• 2-ci yer - Green Stone – 3.000 AZN dəyərində;

• 3-cü yer - EcoGuardians – 2.000 AZN dəyərində.

Həmçinin, 11 komanda SABAH.incubation proqramında iştirak vəsiqəsi qazandı.

Jüri üzvləri sırasında Orxan Abbasov (“SABAH.HUB”), Mübariz Şahbazlı (UNEC Startup Incubator), Tuğra Musayeva (PASHA Holding), İlham Əsgərli (SOCAR), Xeyrəddin Mehdizadə (SOCAR) kimi sektorda tanınmış şəxslər yer aldı.

Tədbirin təşkilatçısı “SABAH.incubation” olmaqla, mentor və logistika dəstəyi “UNEC Startup Incubator” Mərkəzi, Matrix Academy, Bakı Dizayn Akademiyası tərəfindən təmin edilmişdir. Media partnyoru kimi Trilogy.news fəaliyyət göstərdi.

“SABAH.incubation” tərəfindən təşkil olunan "Green Hackathon" tədbiri, startap ekosistemini gücləndirmək və daha yaşıl bir dünya üçün yenilikçi həllər yaratmaq missiyası ilə davam etdiriləcəkdir. Qeyd edək ki, “SABAH.HUB” İnnovasiya Mərkəzi 2 ildən artıq olan fəaliyyət dövrü çərçivəsində 100-lərlə startapın inkişafına dəstək və 3000+ şəxsin innovasiya ekosistemi haqqında məlumatlandırılmasına nail olub. Ümumilikdə isə 1.19 mln AZN-dən çox məbləğdə şəbəkəsində olan startapların investisiya almasına dəstək olub.

“SABAH.HUB” İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına keçid edin".

Reklam hüququnda

Paylaş:
361

Son xəbərlər

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyirBu gün, 15:41Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedirBu gün, 15:27Bakıda mənzildə meyit tapılıbBu gün, 15:16Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 2Bu gün, 15:07Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - PrezidentBu gün, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidirBu gün, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcəkBu gün, 14:44Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblarBu gün, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıbBu gün, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilibBu gün, 13:42Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdürBu gün, 13:25ASAP tərəfindən Almaniyada Heydər Əliyevin doğum gününə həsr olunmuş gənclər konfransı keçirilibBu gün, 13:12Xalq rəssamları Natavanın Parisdəki heykəlinin bərpasına görə Prezidentə təşəkkür etdilər: “Bu, bizi sevindirdi”Bu gün, 13:10Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcəkBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:53Qızıl və gümüşün qiyməti daha da artıbBu gün, 12:43Ekoloji avtomobillərin yürüş-festivalı keçiriləcəkBu gün, 12:37İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİBBu gün, 12:06Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOBu gün, 11:44
Bütün xəbərlər