Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO

17:16 - 25 / 04 / 2024
Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Yelo Bank-ın Baş ofis binasında həyata keçirilən imza mərasimində Bank-ın Müşahidə Şurasının sədri və əsas səhmdarı olan Marina Kulişova və digər rəhbər şəxsləri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, xalq artisti Yusif Eyvazov iştirak ediblər.

Müqavilədə mədəniyyətə, incəsənətə dəstək və Azərbaycanın mədəni mənzərəsinin zənginləşdirilməsinə yönəlmiş bir sıra əməkdaşlıq təşəbbüsləri öz əksini tapıb. Bu əməkdaşlıq çərçivəsində Yelo Bank teatra əhəmiyyətli maliyyə dəstəyi verəcək, il ərzində çoxsaylı tamaşaların və mədəni tədbirlərin keçirilməsinə şərait yaradacaq. İmzalama mərasimi ilə yanaşı Teatrın nümayəndəliyi Yelo Bank-ın Baş ofisinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra müqavilə çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.

Yusif Eyvazov başlanılan bu tərəfdaşlığın məhsuldar və uzunmüddətli olacağına inandığını bildirib. “Yelo Bank ilə əməkdaşlığa başlamağa çox şadıq. Bu əməkdaşlıq çərçivəsində orkestr üçün yeni musiqi alətləri və İtaliyadan "Tosca", "Traviata" operaları üçün dekorasiyaların alınmasına dəstək göstəriləcək. Teatrımıza və ölkə mədəniyyətinə göstərdikləri diqqətə görə Marina xanıma və Yelo Banka öz təşəkkürümüzü bildirmək istəyirik”.

“Bu gün imzalanan müqavilə Yelo Bankın mədəniyyətə dəstək missiyasının bir parçasıdır. Bu tərəfdaşlıq vasitəsilə dünya opera mədəniyyətinin dəyərli incilərini xalqımıza daha yaxından hiss etdirmək istəyirik. Biz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanında olmağa və onun parlaq gələcəyinə töhfə verməyə şadıq. Bu əməkdaşlığın hər iki tərəf üçün böyük uğurlar gətirəcəyinə əminəm”. - deyə Marina Kulişova bildirib.

Qeyd edək ki, fəal sosial məsuliyyətli bank kimi Yelo, incəsənətin müxtəlif qollarını hər zaman dəstəkləməsi ilə seçilib. Bank-ın Baş ofis binası artıq özü də bir mədəni tədbir ocağına çevrilib. İndiyədək burada İsfar Sarabski, Şahin Növrəsli, Elnur Hüseynov, Fidan Hacıyeva kimi sənətkarların konsertləri, Dövlət Akademik Filarmoniyasının kamera orkestri, eləcə də qadınlardan ibarət orkestrin çıxışları fonunda bir sıra mühüm tədbirlər keçirilib.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Reklam hüququnda

Paylaş:
205

Son xəbərlər

İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edibBu gün, 11:26Saatlıda marixuana qəbul edib taksi sürən şəxs saxlanılıbBu gün, 11:19Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 11:02DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - VİDEOBu gün, 10:46Əli Əsədov Rusiyanın Baş nazirini təbrik edibBu gün, 10:33Rayonlarda şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 10:22Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıbBu gün, 10:13Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblarBu gün, 10:01Ağdam Sənaye Parkında görülən işlərlə tanış olunub - FOTO10 / 05 / 2024, 18:39NAYORA tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib10 / 05 / 2024, 17:57Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ10 / 05 / 2024, 17:47Prezident Sus kəndində sakinlərlə görüşdü - Elektrik stansiyaların açılışını etdi10 / 05 / 2024, 17:32Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda - FOTO10 / 05 / 2024, 17:11ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO10 / 05 / 2024, 17:02Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyulub10 / 05 / 2024, 16:57Azərbaycan Ordusunda andiçmə mərasimləri - FOTO - VİDEO10 / 05 / 2024, 16:49Daşkəsənə dolu düşüb - Faktiki hava10 / 05 / 2024, 16:47Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz10 / 05 / 2024, 16:34“AccessBank” Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib10 / 05 / 2024, 16:28İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü10 / 05 / 2024, 16:21
Bütün xəbərlər